BAKI, 28 noyabr - Sputnik. Çexiya Prezidenti Miloş Zeman "Birlikdə" liberal koalisiyasının lideri Petr Fialanı ölkənin baş naziri təyin edib.
Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd edək ki, "Birlikdə" koalisiyası ölkədə cari ilin 8-9 oktyabr tarixlərində keçirilmiş palament seçkilərində qalib gəlib.
Koalisiyaya üç liberal siyasi qüvvəni - "Vətəndaş demokrat partiyası", Xristian-demokrat partiyası" və TOP 09 hərəkatını özündə birləşdirir.
Çexiya lideri Andrey Babiş başda olmaqla bundan əvvəlki hökumətin istefasını noyabrın 11-də qəbul edib.