BAKI, 28 noyabr - Sputnik. Perunun şimalında 7,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Sputnik Azərbaycan RİA Novostiy-ə istinadən xəbər verir.
Avropa-Aralıq dənizi Seysmoliji Mərkəzinin (EMSC) yaydığı məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 14.52-də qeydə alınıb.
Zəlzələnin episentri 80 km dərinlikdə, Barranka şəhərindən (əhalisi 5700 nəfər) 45 km şimalda olub.
Tələfat və dağıntılar barədə məlumat verilmir.