DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı

Qurumun nümayəndəsi ərazisində yeni ştamın ortaya çıxması ilə əlaqədar məlumat verən ölkələri “ləkələməməyə” və buna balanslı şəkildə reaksiya verməyə çağırıb.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Bu cür davam edərsə, yəqin ki, yunan əlifbasında koronavirusun yeni ştammlarını adlandırmaq üçün hərf qalmayacaq. Bu günlərdə ortaya çıxan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yunan əlifbasının 15-ci hərfi ilə adlandırılan yeni “Omikron” ştammının təxminən necə yarandığı məlum olub.
RİA Novosti xəbər verir ki, bu barədə ÜST-ün Təxirəsalınmaz Təcili Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove “Financial Times” qəzetinə müsahibəsində bildirib.
O (Van Kerkhove) deyib ki, bu ştammın haradan gəldiyi məlum deyil, amma nəzərdən keçirilən fərziyyələrdən birinə görə, koronavirusdan tam sağalmayan və immuniteti zəifləmiş xəstənin bədənində xeyli müddət ərzində bölünərək çoxlıb və yeni variant ortaya çıxıb”, - deyə qəzet yazır.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, həmçinin ərazisində yeni ştamın ortaya çıxması ilə əlaqədar məlumat verən ölkələri “ləkələməməyə” və buna balanslı şəkildə reaksiya verməyə çağırıb.

"Risklərə balanslaşdırılmış yanaşma lazımdır. Unutmamalıyıq ki, “Delta” ştammı yoxa çıxmayıb və bütün dünyada insanların ölümünə səbəb olur. Nə qədər insanın “Delta”ya yoluxduğunu da unutmaq olmaz", - deyə ÜST-ün nümayəndəsi xatırladıb.

Qeyd edək ki, ÜST ötən cümə günü keçirdiyi fövqəladə iclasdan sonra, Botsvana və Cənubi Afrika respublikalarında koronavirusun yeni variantını narahatlıq doğuran ştamm kimi təsnif etmək qərarına gəlib və B.1.1.529 ştammı yunan əlifbasının 15-ci hərfi ilə “Omikron” adlandırılıb.