BAKI, 28 noyabr. ABŞ Prezidenti Co Bayden mağazalardan birinə daxil olarkən maska taxmayıb. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Bu barədə məlumat yayan ABŞ-ın FOX News telekanalı bildirir ki, o özü dəfələrlə amerikalıları maska taxmağa çağırıb.
ABŞ prezidenti Co Bayden mağazada üzündə qoruyucu maska olmadan fotoaparatların kamerasına düşüb, halbuki o özü dəfələrlə amerikalıları maska taxmağa çağırıb. Bu barədə ABŞ-ın FOX News telekanalı məlumat yayıb.
Qeyd edək ki, ABŞ prezidenti həftəsonunu öz tanışlarının Atlantik okeanındakı Nantaket adasında yerləşən malikanəsində keçirir.
"Co Bayden istirahət günü mağazada alış-veriş edərkən maskasız görünüb, halbuki özü dəfələrlə amerikalıları maska taxmağa çağırıb", - deyə telekanal bildirib.
Bayden ötən şənbə günü mağzada olarkən qapıdakı xəbərdarlıq yazısına baxmayaraq maskasını çənəsinin altına endirib. Telekanal xəbər verir ki, noyabr ayında Nantaketdə yenidən qapalı məkanlarda maska taxmaq tələbi qüvvəyə minib.
Xatırladaq ki, Cozef Bayden və həyat yoldaşı Cill Bayden əvvəllər də Vaşinqton merinin insanların peyvənd olunsalar belə qapalı məkanlarda maska taxmaqla bağlı tələbini pozublar.