BAKI, 28 noyabr - Sputnik. “Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımalarda mühüm rol oynayır”. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, Zəngəzur koridorunun da önəmi məlumdur.
Ərdoğan nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilməli olduğunu qeyd edib.
Qeyd edək ki, bu gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.