HADİSƏ

Kəsmək istədiyi çinar ömrünü bitirdi

Sputnik
BAKI, 27 noyabr - Sputnik. Meşədə çinarı kəsmək istəyən şəxs ölüb. Hadisə Xaçmazın Ləcət kəndi ərazisində, meşə massivində baş verib.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Sumqayıt şəhərində qeydiyyatda olan, amma Ləcət kəndində məskunlaşan Vilayət Hacımurad oğlu Həsənov yaxınlıqdakı meşə massivində qanunsuz olaraq ağac kəsmək istəyən zaman çinar ağacı üstünə aşıb. V.Həsənov hadisə yerində dünyasını dəyişib.
Məsələ ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.
Onu da qeyd edək ki, V.Həsənov ailəli olub və üç övladı var.