SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev Lukaşenko ilə Soçi görüşünü müzakirə etdi

Azərbaycanın KTMT ilə münasibətləri də dövlət başçılarının müzakirə mövzusu olub.
Sputnik
BAKI, 27 noyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, dövlət başçıları ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
İlham Əliyev Aleksandr Lukaşenkoya noyabrın 26-da Soçidə baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü barədə məlumat verib.
Azərbaycanın KTMT ilə münasibətləri də dövlət başçılarının müzakirə mövzusu olub.
Eləcə də oxuyun:
* Bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib - XİN
* İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin birgə bəyanatı
* Prezident: Üçtərəfli Bəyanatdan sonrakı bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik