SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib - XİN

Sputnik
BAKI, 27 noyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərh verib.
Sputnik Azərbaycan-a qurumdan daxil olan məlumatda 26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini XİN-in müsbət qiymətləndirdiyi vurğulanır.

"Görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilmişdir.

Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.

Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək", - məlumatda qeyd olunur.
Eləcə də oxuyun:
* İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin birgə bəyanatı
* Prezident: Üçtərəfli Bəyanatdan sonrakı bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik
* Politoloq: "Avropa Rusiya-Azərbaycan-Ermənistan müzakirələrini sabotaj etməyə çalışır"