FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Qarabağ"ın növbəti avrokubok sınağı: yenə pley-off

Sputnik
BAKI, 25 noyabr — Sputnik. Azərbaycanın vitse-şempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.
Sputnik Azərbaycan bildirir ki, UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda Kipr “Omoniya”sını qəbul ediblər.
1 / 13

Bu, təmsilçimizin qrupda son ev görüşü idi.

2 / 13

Oyunda hesabı qonaqlar 43-cü dəqiqədə açıblar.

3 / 13

Mixal Dyurişin 11-metrlik cərimə zərbəsi dəqiq alınıb.

4 / 13

Matçın 49-cu dəqiqəsində "Omoniya"nın daha bir futbolçusu fərqlənib.

5 / 13

Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib.

6 / 13

88-ci dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Patrik Andrade komandasını irəli çıxarıb.

7 / 13

Lakin "Qarabağ" futbolçularının sevinci uzun çəkməyib.

8 / 13

İki dəqiqə sonra "Omoniya"dan Jordi Qomez yenidən hesabı bərabərləşdirib.

9 / 13

Qrupun digər oyununda “Kayrat” “Bazel”i qəbul edib. 2:3 hesabı ilə bitən oyun "Bazel"ə 11 xal və qrup liderliyi qazandırıb.

10 / 13

"Qarabağ isə Bakıdakı heç-heçə ilə ikinci yerdə qərarlaşıb.

11 / 13

UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksəlirlər.

12 / 13

İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

13 / 13

“Qarabağ” dekabrın 9-da keçiriləcək VI turda İsveçrədə “Bazel”in qonağı olacaq.