Mətbuat mərkəzi

"Gəlin yuyaq dənizi"

Ədəbiyyat tənqidçilərinin fikrincə, hazırda məhz uşaq ədəbiyyatı sahəsində böyük çətinliklər və çatışmazlıqlar müşahidə olunur. Odur ki, şairin kitabının yenidən çapı ölkənin ədəbi həyatında maraqlı hadisə kimi qiymətləndirilə bilər.
Sputnik
Bu günlərdə Azərbaycan müasir ədəbiyyatının klassiki, Xalq yazıçısı Fikrət Sadığın vəfatının beşinci ili tamam oldu. Bu ərəfədə Fikrət Sadığın uşaqlar üçün yazdığı şeirlərdən ibarət "Gəlin yuyaq dənizi" adlı kitabı yenidən çap olunub.
Ədəbiyyat tənqidçilərinin fikrincə, hazırda məhz uşaq ədəbiyyatı sahəsində böyük çətinliklər və çatışmazlıqlar müşahidə olunur. Odur ki, şairin kitabının yenidən çapı ölkənin ədəbi həyatında maraqlı hadisə kimi qiymətləndirilə bilər.
Dekabrın 1-i saat 16:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində şair Fikrət Sadığın xatirəsinə həsr olunan tədbir keçiriləcək. Tədbirdə şairin həmkarları, dostları və övladları iştirak edəcək. Qeyd edək ki, sözügedən kitabın redaktoru Aysel Rəsulzadə, ön sözün müəllifi, Azərbaycan yazıçısı, əməkdar pedaqoq, professor Zahid Xəlildir.
Tədbirdə şairin oğlu, məşhur jurnalist və teleaparıcı Orxan Fikrətoğlu çıxış edəcək.
Spikerlərə suallarınızı öncədən i.velizade@sputniknews.com
elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi