BAKI, 25 noyabr — Sputnik. Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada bu gün səhər saatlarında tüstülənmə olub və 6 nəfər ölüb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb.
Kemerevo vilayətinin qubernatoru Sergey Tsivilev bildirib ki, şaxtada 49 nəfər qalıb və onlardan 6-nın meyiti aşkarlanıb.
İlkin məlumatlarda şaxtada 43 nəfərin xəsarət aldığı bildirilirdi.
Qeyd edək ki, hadisə zamanı şaxtada 285 nəfər olub, onlardan 237-si çıxarılıb.