RUSİYA

Rusiya XİN: Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət ayrılır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2-3 dekabr tarixlərində Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Qarabağda vəziyyət ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində müzakirə olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.
O, həmçinin bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2-3 dekabr tarixlərində Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
XİN rəsmisinin sözlərinə görə, görüş zamanı təşkilatın hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar məsələlərdə perspektivi, ATƏT məkanında münaqişəli vəziyyətlərin həllinə yardım mövzusu, həmçinin Qarabağdakı vəziyyət müzakirə olunacaq.
Zaxarova, həmçinin vurğulayıb ki, hazırda Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət ayrılır:

"Biz regionda dinc həyatın bərqərar olması, sabitliyin möhkəmlənməsi ilə bağlı addımların atılması üçün lazım olan hər şeyi edirik. Hazırda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət ayrılıb".