"Ümumilikdə 2021-ci ilin ilk 10 ayı ərzində "Kaspersky" tərəfindən 40 milyondan çox fişinq hücumu qeydə alınıb və dələduzlar iri brendlərin adı altında gizlənərək əsasən onlayn mağazalar və maliyyə təşkilatlarını hədəf alıblar. Adətən belə hücumlar zamanı təcavüzkarlar istifadəçinin pulunu və şəxsi məlumatlarını ələ keçirməyə cəhd edirlər. Belə sxemlərdən birində dələduzlar məşhur supermarketi yamsılayıb və müştərilərə guya şirkətin xidmətini yaxşılaşdırmaq üçün keçirilən sorğuda iştirak etmək dəvəti göndəriblər. Sorğuya qatılanlara pul da daxil olmaqla, uduşlar vəd edilib. Maraqlıdır ki, "skam mesaj" ehtiva edən belə bir səhifə brauzerin dil bölməsində əks olunub. Məsələn, istifadəçi Azərbaycandadırsa, amma onun brauzerinin tənzimləmələri ingilis dilindədirsə, səhifə ingilis dilində olacaq".
"Dələduzlar tez-tez elektron ödəniş və onlayn mağazalar qismində maskalanırlar. Təhlükəsizlikdən əmin olmaq üçün, saytın doğrudan da göstərilən brendə aid olub-olmadığını yoxlayın: ünvanın adı rəsmi ünvanla üst-üstə düşür, URL isə HTTPS-lə başlayır".