BAKI, 25 noyabr - Sputnik. Freskalı evlərin sahiblərindən biri də Üzeyir Əliyevdir. O, evin tarixi, tikintisi haqqında maraqlı xatirələrini Sputnik Azərbaycan ilə bölüşüb.
Onların evi 1913-cü ildə tikilib. Üzeyir Əliyev müsahibəsində bildirib ki, ev ona babası Rəcəbəlidən qalıb:
"Rəcəbəli babam bu evi tikdirərkən 24 yaşında olub. Kənddə belə evlər çox idi. 1941-45-ci illərdə bəzi evlər yiyəsiz qaldığı üçün onları dağıdır, taxtalarını isə odun əvəzinə istifadə edirdilər. Doqquz evdən cəmi üç-dörd freskalı ev bu günümüzə kimi gəlib çıxa bilib".
Evin sahibi müsahibəsində onu da əlavə edib ki, freskalı evlər avropalıların da marağına səbəb olub. Bu evlər haqqında Avropa jurnallarında məqalələr də dərc olunub.