Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Döyüş mövqeyini qoyub qaçan erməni batalyon komandiri əvəzi həbs olundu

Mayor 10 döyüş mövqeyinə cavabdeh imiş, ancaq yeddi əsgərlə birlikdə qaçıb.
Sputnik
BAKI, 25 noyabr - Sputnik. Cari il noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində hərbi qarşıdurma zamanı döyüş mövqeyini qoyub qaçdığına və əsgərinin əsir düşdüyünə görə batalyon komandirinin vəzifəsini icra edən hərbçi həbs edilib.
Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan Facebook-da yazıb.
Onun bildirdiyinə görə, noyabrın 22-də Ermənistan CM-nin 365-ci maddəsinin 3-cü bəndi ilə (hərbi xidmət və ya hərbi növbətçilik qaydalarının pozulması) cinayət işi açılıb. Bu cinayət işi üzrə iki nəfər - batalyon komandirinin vəzifəsini icra edən Q.Q. və xidməti müqavilə ilə qulluq edən hərbçi saxlanılıb. İstintaq komitəsi müəyyən edib ki, mayor Q.Q. 10 döyüş mövqeyinə cavabdeh imiş.
Mayor hərbi vəzifələrini yerinə yetirməyib, qarşı tərəfə müqavimət göstərməyib. Daha yeddi hərbçi ilə o, döyüş mövqeyini qoyaraq qaçıb, nəticədə 11 hərbçi əsir düşüb, iki nəfərin cəsədləri noyabrın 17-si və 19-da Ermənistana qaytarılıb, post isə Azərbaycan tərəfinin nəzarəti altına keçib.
Noyabrın 24-də Q.Q.-yə Ermənistan CM 365-ci maddəsi 3-cü bəndinə görə ittiham irəli sürülüb, noyabrın 25-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma

Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Eləcə də oxuyun:
* Sərhəddə nə baş verir? Azərbaycan MN cavab verdi
* Soçi görüşü öncəsi Paşinyanın açıqlamaları nədən xəbər verir?
* Ermənistan Azərbaycanla sərhəd məsələsini parlamentin müzakirəsinə çıxarır