HADİSƏ

Zərdabda qanunsuz ov edən şəxs polisə xəsarət yetirib

Sputnik
BAKI, 24 noyabr — Sputnik. Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıblar.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 23-də Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirib və tüfəngdən atəş açaraq yoldaşları ilə birlikdə qaçıb.
Görülmüş tədbirlərlə onlar tutulublar.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürülüb.