BAKI, 24 noyabr — Sputnik. Taliban* hərəkatı Dohada ABŞ-la Əfqanıstanın onun formalaşdırdığı müvəqqəti hökumətinin tanınması, ölkənin yenidən qurulmasında ABŞ-ın iştirakı və hesabların dondurulması barədə müzakirə etmək istəyir. Bu barədə Taliban* sözçüsü Suheyl Şahin RİA Novosti-yə bildirib.
ABŞ Dövlət Departamenti bu yaxınlarda təsdiqləyib ki, gələn həftə Taliban* hərəkatı ilə, o cümlədən terrorla mübarizə ilə bağlı məsləhətləşmələrə başlayacaq. Dövlət Departamentinin nümayəndəsi Ned Prays qeyd edib ki, Əfqanıstan üzrə xüsusi nümayəndə Tom West Taliban* liderləri ilə iki həftəlik görüş üçün Dohaya qayıdacaq, tərəflər "Əfqanıstanla bağlı həyati vacib milli maraqları, o cümlədən terrorizmə qarşı mübarizəni" müzakirə edəcəklər.
"Biz onlarla (ABŞ ilə - red.) müsbət münasibətlərə açığıq. Onlar Əfqanıstanın yenidən qurulmasında iştirak edə, ölkəmizə sərmayə yatıra, Əfqanıstan Mərkəzi Bankının ehtiyatlarını dondura, "Əfqanıstan İslam Əmirliyi" (Taliban siyasi sisteminin özünəməxsus adı - ed.) hökumətini tanıya bilərlər, çünki bu, qarşılıqlı münasibətlər və onların ölkəyə sərmayə qoyması üçün vacibdir. Bunlar müzakirə olunacaq mövzulardır", - deyə Şahin qeyd edib.
"Bu vəsaitlərin dondurulması səbəbindən xalqımız... humanitar problemlərlə üzləşib... ABŞ və digər ölkələrin Əfqanıstan xalqına qarşı tətbiq etdiyi sanksiyalar ölkədə humanitar vəziyyətin pisləşməsinə gətirib çıxarır və insanlara mənfi təsir göstərir. Biz danışıqlardan praktik hərəkətlərə keçməliyik. ABŞ-la danışmağa, müsbət münasibətlər və əməkdaşlıq haqqında anlayış əldə etməyə hazırıq", - deyə sözçü əlavə edib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın əvvəlində Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edib.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.