FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qocalmayan "Nur şəhəri" və ya 73 yaşlı bəxtəvər

Kür çayı Mingəçeviri iki hissəyə ayırır, buraya parklar şəhəri də deyirlər. Yayı isti, qışı mülayim olur. Yaşı artdıqca daha da müasirləşən şəhər Sputnik Azərbaycan-ın fotolentində.
Sputnik
Noyabr ayında Mingəçevirin şəhər statusu almasından 73 il ötür. Əsası 1948-ci ildə qoyulan şəhərdə su elektrik və istilik elektrik stansiyaları yerləşir ki, bu da "Nur şəhəri"ni respublikanın energetika paytaxtı kimi tanıdır.
1 / 9

Noyabr ayında Mingəçevirin şəhər statusu almasından 73 il ötür.

2 / 9

Əsası 1948-ci ildə qoyulan şəhərdə su elektrik və istilik elektrik stansiyaları yerləşir ki, bu da "Nur şəhəri"ni respublikanın energetika paytaxtı kimi tanıdır.

3 / 9

Mingəçevirdə.

4 / 9

Çayın sahilində salınan park insanların ən çox üz tutduğu məkandır.

5 / 9

Kür çayı şəhəri iki hissəyə ayırır.

6 / 9

Mingəçevirdə.

7 / 9

Mingəçevirdə parklar digər şəhər və rayonlarla müqayisədə çoxdur.

8 / 9

Yaşı artdıqca daha da müasirləşən şəhər.

9 / 9

Mingəçevirin yaşının üstə yaş gəldikcə müasirləşir.

Kür çayı şəhəri iki hissəyə ayırır. Çayın sahilində salınan park insanların ən çox üz tutduğu məkandır. Mingəçevirdə parklar digər şəhər və rayonlarla müqayisədə çoxdur. Şəhərin səliqəli, təmiz küçə və parklarını gəzdikcə insanın ruhu dincəlir. Mingəçevirin yaşının üstə yaş gəldikcə müasirləşir.
Ölkənin dördüncü böyük şəhərinin Gəncə şossesi tərəfdən giriş hissəsinin müasir formaya salınması da diqqət çəkir. Respublikanın tanınmış inşaatçısı İslam İslamzadənin rəhbərliyi ilə ərsəyə gətirilən Mingəçevir bu gün turizm şəhəri kimi də həm yerli, həm də xarici turistlərin maraq dairəsindədir. 73 yaşlı "Nur şəhəri"nə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.