AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Milli Məclisin deputatını təltif etdi

Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Quliyevin 60 yaşı tamam olur.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Prezident İlham Əliyev Musa İsa oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub.
Qeyd edək ki, noyabrın 25-də Milli Məclisin deputatı, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Quliyevin 60 yaşı tamam olur.