BAKI, 24 noyabr — Sputnik. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy 2022-ci ilin yazına və ya yayına kimi Şuşa şəhərinə səfər etmək niyyətindədir.
Şvıdkoy Sputnik Azərbaycan-a müsahibəsində etiraf edib ki, bu səfər onun üçün həyatında çox mühüm hadisə olacaq:
"Mən ilk dəfə Şuşa şəhərində 2009-cu ildə Polad Bülbüloğlu ilə birlikdə üç səfirin missiyası çərçivəsində olmuşam. O zaman biz Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti arasında dialoqun bəzi yollarını tapmağa çalışırdıq. Mən Poladın titrəyərək və göz yaşları ilə evinin divarlarına necə toxunduğunun şahidiyəm. İndi onun, atasının evini bərpa etməyə və oranı muzeyə çevirməyə imkanı var. Polad oranın təkcə xatirə muzeyi kimi deyil, həm də festival keçirilən yer olmasına çalışır".
Xatırladaq ki, Şvıdkoy noyabrın 24-də Bakıda başlayan və noyabrın 26-dək davam edəcək "Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü" mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəlib.
Həmçinin oxuyun: