CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası başlayıb

İclasda Vergi, Su, Gömrük, İnzibati Xətalar məcəllələrinə, "Dövlət rüsumu haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Sosial sığorta haqqında", "Nağdsız hesablaşmalar haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyində 15-dən çox məsələ var.
İclasda 2022-ci il üçün yaşayış minimumuna, ehtiyac meyarının həddinə ikinci oxunuşda baxılacaq.
Vergi, Su, Gömrük, İnzibati Xətalar məcəllələrinə, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Sosial sığorta haqqında", "Nağdsız hesablaşmalar haqqında", "İcra haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
Həmçinin "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq.