DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan “3+3” təşəbbüsünə qoşulmayacağını bəyan etdi

Zurab Abaşidze ölkəsinin “3+3” təşəbbüsünə münasibəti barədə deyib ki, Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcək.
Sputnik
BAKI, 24 noyabr - Sputnik. Gürcüstan “3+3” regional əməkdaşlıq formatında iştirakı nəzərdən keçirməyəcəyini Rusiya tərəfinin diqqətinə çatdırıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, qonşu ölkənin mövqeyini Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya tərəfinə bildirib.
Xüsusi nümayəndənin Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasinlə bu gün keçirdiyi görüşdə ölkələr arasında ticari-iqtisadi, əmlak və humanitar məsələlər müzakirə olunub.
Görüşdə Rusiya tərəfi Gürcüstanın “3+3” təşəbbüsünə münasibəti ilə maraqlanıb. Z.Abaşidze qeyd edib ki, Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcək.
Həmçinin oxuyun:
Rusiyanın Azərbaycandakı səfiri: ""3+3" formatını dəstəkləyirik"
Gürcüstandan "3+3" əməkdaşlıq təşəbbüsünə alternativ təklif