BAKI, 24 noyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Tehrana növbəti səfəri zamanı İran nümayəndələri ilə danışıqları nəticəsiz adlandırıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Qrossinin Tehrana ikigünlük səfəri çərşənbə axşamı, axşam saatlarında başa çatıb.
"2021-ci ilin noyabrın 23-də Tehranda İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əslami və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşlərim olub. Bütün səylərimə baxmayaraq, iki hesabatda təfərrüatlı izah olunan İranın zəmanətləri ilə bağlı həll olunmamış məsələlərin müzakirəsi və geniş danışıqlar nəticə verməyib", - deyə Qrossi BAEA Rəhbərlər Şurası qarşısında çıxış edərkən bildirib.
Çərşənbə günü BAEA-nın Rəhbərlər Şurasının noyabr sessiyası açılıb. Avstriyada lokdaun səbəbindən sessiya virtual formatda keçirilir. İranın nüvə proqramı diqqət mərkəzindədir, ancaq bununla bağlı hər hansı bir qərar gözlənilmir.
Həmçinin oxuyun: