Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Daha bir erməni əsgərin cəsədi tapıldı

Ermənistan Müdafiə Nazirliyi başından aldığı güllə yarasından ölən Suren Avetisyanla bağlı araşdırma aparır.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Ermənistanın Tavuşdakı hərbi mövqelərindən birində əsgər cəsədi tapılıb. Bu barədə Sputnik Ermənistan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində baş verib. 24 noyabr, saat 14:50-də başından aldığı güllə yarasından ölən Suren Avetisyanın (2001-ci il təvəllüdlü) cəsədi aşkarlanıb. Ermənistan Müdafiə Nazirliyi hadisənin səbəblərini araşdırır.
Qeyd edək ki, son bir ayda erməni ordusunda baş verən ölüm hallarının sayı artıb.
Xatırladaq ki, noyabrın 15-də Geğarkunik rayonunda yaşanan insident zamanı müqavilə əsasında hərbi xidmətdə olan Gevork Avetyan yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər. Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb və iki hərbçi həbs edilib.