SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov bir sıra ölkələrin səfirləri ilə görüşlər keçirib

Ceyhun Bayramov Argentina, Finlandiya, Filippin və Banqladeşin səfirlərini qəbul edib.
Sputnik
BAKI, 24 noyabr - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkeri qəbul edib.
XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir yeni təyinatı münasibətilə Banqladeş səfirini təbrik edib. O, ölkələr arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu və bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların mövcud olduğunu qeyd edib. Azərbaycan və Banqladeşin beynəlxalq platformalarda əməkdaşlığı vurğulanıb.
Səfir Qousal Azam Sarker ölkəsinin ikitərəfli ənənəvi bağlar üzərində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, siyasi və mədəni sahələrdə münasibətərin inkişafından məmnunluqla danışıb və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarının mövcud olduğunu söyləyib.
Tərəflər iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən insanlar arasında əlaqələr, təhsil, turizm, sənaye və investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə də qlobal çağırışlara cavab olaraq, o cümlədən pandemiya ilə mübarizədə atılan addımlar, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq, bu xüsusda Banqladeş tərəfindən keçmiş münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə verilən dəstək, habelə digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
---------
15:18
Xarici işlər naziri Ceyhun Bayramov çərşənbə günü Finlandiya və Filippin respublikalarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri xanım Kristi NarineMaria Elena Alqabreni ayrı-ayrılıqda qəbul edib.
Sputnik Azərbaycan-a bu barədə XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov Kirsti Narine ilə söhbətində Finlandiyadan olan həmkarı Pekka Haavisto ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, ölkələrimiz arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd etdi. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olundu.

Səfir Kristi Narine Azərbaycan Respublikasının Prezidenti ilə çox maraqlı görüşün keçirildiyini qeyd etdi. O, həmçinin Milli Məclisdə Finlandiya ilə Dostluq Qrupunun üzvləri ilə keçirillən görüşə məmnunluqla istinad etdi. Səfir Finlandiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı oduğunu və bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirdi.

Görüşdə tərəflər iki ölkənin iqtisadi, enerji, ətraf mühit, təhsil sahələrində qarşılıqlı əlaqələrinin inkişafı imkanlarını müzakirə etdilər.
Maria Elena Alqabreni salamlayan nazir Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzu edib. Nazir Azərbaycan və Filippin arasında mövcud olan siyasi münasibətləri yüksək qiymətləndirib. O, iki ölkə arasında iqtisadi, ticarət, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir xanım Maria Elena Alqabre, öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. Səfir ölkələr arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksək qiymətləndirərək, bir çox sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və bu dövrdə irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi, həmçinin Hərəkatın sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğu vurğulanıb.

Görüşlərdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
---------------
23.11.2021
21:00
Noyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Ceyhun Bayramov səfirin Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət mövqeyindən çıxış etdiyi bildirən nazir, ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayıb.
Nazir, səfir Serxio Osvaldo Perez Qunellanın Azərbaycan üçün tarixi bir dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə, nəhayət ki, bölgədə davamlı sülh və əməkdaşlığın qurulması üçün fürsətin və yeni əməkdaşlıq imkanlarının yarandığını vurğulayıb və bu xüsusda, Azərbaycanın beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılması və revanşizmin qəbuledilməsizliyi ilə bağlı mövqeyini səsləndirib.
Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, ölkələrimiz arasındakı münasibətlərin inkişafından, o cümlədən pandemiyaya rəğmən ticarət əlaqələrində artımın müşahidə edilməsindən məmnunluqla bəhs edib.
Fəaliyyəti müddətində iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi, habelə insanlar arasında təmasların yaradılmasına xüsusi önəm verdiyini söyləyən səfir, ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsində səylərin əsirgənilməyəcəyinə inam ifadə edib.
Tərəflər, həmçinin iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.