VİDEO

Azərbaycanda hibrid avtomobillərə tələbat artır

Pandemiya avtomobil bazarına ciddi təsir göstərib, lakin son vaxtlar azərbaycanlılar arasında hibrid avtomobillərə maraq təxminən 10-15% artıb. Sputnik Azərbaycan-ın çəkiliş qrupu avtomobil bazarında vəziyyətin necə dəyişdiyini öyrənib.
Sputnik
Azərbaycanda avtomobillərin idxalı və qeydiyyatına görə dövlət rüsumlarının artırılması, həmçinin hibrid avtomobillərdən vergi rüsumlarının götürülməsi ilə bağlı yeni qanun layihəsinin qəbulu yerli avtomobil bazarında vəziyyəti dəyişib. Son dövrlər Azərbaycanda hibrid avtomobillərə tələbat xeyli artıb. Buna səbəb olan amillər münasib qiymət, aşağı yanacaq sərfiyyatıdır.
Ölkədə hibrid avtomobillərə artan tələbat həm də havanın təmiz qalması üçündür.
Sputnik Azərbaycan işlənmiş avtomobillərin alıcı və satıcıları arasında sorğu keçirib.