BAKI, 23 noyabr - Sputnik. Sövdələşmələr göstərir ki, Türkiyə lirəsi dollara münasibətdə 18% ucuzlaşıb və beləliklə bir dollar üçün 11,37-dən 13,21 enərək yeni antirekord vurub.
Bu, son iyirmi ildə Türkiyə valyutasının ən pis göstəricisidir. Cari ilin noyabr ayından bu günə qədər dollara münasibətdə 26,7% ucuzlaşıb.
“Türkiyə lirəsi ucuzdur. Lakin, ehtimal ki, o daha da ucuzlaşaraq yeni rekordlar vuracaq. Belə ki, pul-kredit siyasətində dəyişikliklərdən əlamət yoxdur”, - deyə “Wall Street Journal” məcmuəsinə şərhində SEB-in inkişaf etməkdə olan bazarlar üzrə baş strateqi Per Hammarlund bildirib.
Analitiklər hadisələrin iki ssenari üzrə cərəyan edə biləcəyini deyirlər:
Pessimist yanaşma – bütün iqtisadiyyatın kəskin ləngiməsi, sürətli inflyasiya, real sektorda şirkətlərin müflisləşməsi və işsizliyin kəskin artması;
Optimist yanaşma – növbədənkənar seçkilər.
Türkiyədə növbədənkənar seçkilər olmayacaq
Türkiyə lirəsinin ucuzlaşması fonunda müxalifət ölkədə növbədənkənar seçkilərin keçirilməsinə çağırıb. Ölkə Prezidenti Ərdoğan bunun olmayacağını deyib.
“Biz istisnasız olaraq bütün seçkilərdən qalib çıxmışıq. Və mən bəyan edirəm ki, növbədənkənar seçkilər olmayacaq, seçkilər, planlaşdırıldığı kimi, 2023-cü ildə baş tutacaq", - deyə çərşənbə axşamı Türkiyə lideri parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə hökuməti milli valyutanın ucuzlaşması üzündən qiymətlərin artımına imkan verməyəcək.
“Biz məzənnə və uçot dərəcələri ilə bağlı oyunları görürük və məzənnənin azalması ilə bağlı qiymətlərin artımına imkan verməyəcəyik, hamını yerinə oturdarıq. Biz uçot dərəcələrinin aşağı səviyyədə saxlanması siyasətini razılıqla qarşılayırıq”, - deyə Ərdoğan Nazirlər Kabinetinin iclasının nəticələrinə dair televiziya ilə müraciətində bildirib.
Onun sözlərinə görə, “banklarda və yastıq altında saxlanılan ciddi miqdarda valyuta var”.
Увеличенные копии банкнот турецких лир на стене пункта обмены валюты в Стамбуле, фото из архива
© AP Photo / Lefteris Pitarakis
Türkiyə lirəsi ilə nələr baş verir
Sentyabrın 23-də Türkiyənin Mərkəzi bankı uçot dərəcəsini 19%-dən 18%-ə qədər aşağı saldıqdan sonra lirə ucuzlaşmaqda davam edir. Halbuki analitiklər valyutanın məzənnəsinin əvvəlki səviyyədə qalacağını gözləyirdilər.
Türkiyədə uçot dərəcəsi martın 18-dən 19% səviyyəsində qalırdı. Həmin vaxt uçot dərəcəsi dərəcə 17%-dən səviyyəsindən artırılmışdı. Həmin qərardan sonra Ərdoğan Mərkəzi Bankın rəhbəri Naci Ağbalı istefaya göndərmişdi. Bu isə lirənin dollara münasibətdə kəskin ucuzlaşmasına gətirmişdi. Bankın yeni rəhbəri isə Şahab Kavcıoğludur.
Biznesə zərbə və inflyasiya artımı
Türkiyənin Mərkəzi Bankı müstəqilliyini itirir ki, bu da lirənin məzənnəsinin daha da düşməsinə gətirəcək. Bunu Eko Faktoring şirkətinin maliyyə direktoru Arda Tunca lirənin dollara nisbətdə rekord şəkildə ucuzlaşmasını şərh edərkən deyib.
“Türkiyə Mərkəzi Bankı hazırda müstəqilliyini itirir. Heç bir müstəqillik qalmayıb. İstənilən valyuta üçün arxasında etibarlı maliyyə qurumunun olması vacibdir. Mərkəzi Bank müstəqil maliyyə siyasəti yürüdə bilmədiyi üçün pullar üçün ən vacib anlayış olan etimad artıq yox olub. Bu, hökumətin siyasi iradəsi ilə baş verib”, - deyə agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, Türkiyə Mərkəzi Bankı inflyasiya və uçot dərəcələri arasında balansı düzgün tənzimləmədiyindən maliyyə sabitliyini də təmin edə bilmir.
“Uçot dərəcəsi inflyasiyadan asılı olaraq müəyyən olunur (bir qayda olaraq, tənzimləyici qurum tərəfindən inflyasiyanın artımının ardınca artırılır - red.). Türkiyədə isə hesab edirlər ki, uçot dərəcəsini aşağı salmaqla inflyasiyanı azaltmaq olar. Ona görə də, uçot dərəcəsi azaldıqca lirənin real dəyəri azalır və nəticədə məzənnə şişib partlayır. Türkiyə 2013-cü ildən bu vəziyyətdədir. Hökumət bu cür maliyyə siyasətinin nəticələrini görməyə bilməz. Lakin onun nə üçün bu cür etdiyini heç kim, o cümlədən də biz – ekspertlər, maliyyəçilər izah edə bilmirik”, - deyə Tunca bildirib.
Mütəxəssis ehtimal edir ki, hökumət lirənin məzənnəsinin düşəcəyi təqdirdə daxili istehsal mexanizmlərinin işə düşəcəyinə, idxalın azalacağı təqdirdə onun inkişaf edəcəyinə və Türkiyənin tədricən xarici bazarlardan asılılıqdan yaxa qurtaracağına ümid edir.
“Bu cür metodlar, əlbəttə hərdən istifadə oluna bilər. Lakin onlar həm də iqtisadiyyata xeyli ziyan vurur. Axı Türkiyənin xarici valyutada çoxlu borcları da var. Vətəndaşların şəxsi gəlirləri son illər ərzində durmadan azalıb və lirə ucuzlaşdıqca gəlirlər daha sürtələ azalacaq. Şirkətlər çətin vəziyyətə düşür, xüsusilə də xarici valyutada borcu olan şirkətlər. Kiçik şirkətlərin kredit alması daha çətindir”, - deyə analitik bildirib.
O həmçinin qeyd edib ki, Türkiyədə bu cür maliyyə siyasətinin davam etdirilməsi biznesə zərbə vuracaq və inflyasiya artımına və buna uyğun olaraq sabitliyin daha da pisləşməsinə gətirəcək.