AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident yeni təyin olunan səfirlərin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Azərbaycana yeni təyin olunan dörd xarici ölkənin səfirinin etimadnaməsini qəbul edib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Ölkə başçısı İlham Əliyev Azərbaycana yeni təyin olunan bir neçə səfirin etimadnaməsini qəbul edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Prezident İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Banqladeşin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Ölkə başçısının etimadnaməsini qəbul etdiyi digər səfirlər isə Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarker, Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkos və Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measdır.