BAKI, 23 noyabr — Sputnik. Tədris başlayandan bu günədək Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 100-ə yaxın tələbə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ADPU-nun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, virusa yoluxanların arasında ağırlaşma və ölüm halları qeydə alınmayıb.
Qeyd edək ki, bu arada Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım olaraq 500 manat verilməsi təklifi irəli sürülüb. Belə bir təkliflər deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Həmçinin oxuyun: