BAKI, 23 noyabr — Sputnik. Ermənistan mediasında yayılan məlumata görə, 21 yaşlı erməni gənci yolu azaraq Xocavənd rayonunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçib.
Qeyd olunub ki, məsələ ilə bağlı bölgədəki Rusiya Sülhməramlı Qüvvələrinin komandanlığına məlumat verilib və Azərbaycan tərəfi ilə danışıqlar aparılır.
Sputnik Azərbaycan yayılan xəbərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini öyrənib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, bununla bağlı Müdafiə Nazirliyində hər hansı məlumat yoxdur.