DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın yeni müdafiə naziri Rusiya səfiri ilə görüşdü

Baş nazir Nikol Paşinyan noyabrın 15-i gözlənilmədən ölkəsinin müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Ermənistanın yeni müdafiə naziri Suren Papikyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin və müdafiə məsələləri üzrə polkovnik İqor Şerbakovla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Görüş zamanı Kopırkin Papikyanı nazir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Tərəflər, həmçinin müdafiə sahəsində Ermənistan-Rusiya müttəfiq əməkdaşlığı məsələlərini də müzakirə ediblər.
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 15-i gözlənilmədən ölkəsinin müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib. Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib: "Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib".
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.