BAKI, 23 noyabr — Sputnik. ABŞ Prezidenti Co Bayden 2024-cü ildə ikinci dəfə dövlət başçısı seçilmək planından imtina etməyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
"Bəli, onun niyyəti var", - Psaki jurnalistlərin növbəti prezident seçkisində Baydenin iştirak edib-etməyəcəyi barədə suallarını cavablandırarkən deyib.
O, 79 yaşlı Baydenin reytinqlərin aşağı enməsinə rəğmən ikinci dəfə seçilmək arzusu barədə KİV-lərdə yayılan xəbərləri təsdiq edib.