HADİSƏ

Bakıda iki avtomobilin toqquşması səkidə dayanan qadının ölümünə səbəb olub

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hazırda qəza ilə bağlı araşdırma aparıldığını bildirib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Bakıda yol-nəqliyyat hadisəsi olub. Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, hadisə Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri səkidə olan qadını vurub. Piyada hadisə yerində ölüb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Report-a bildirib ki, hazırda araşdırma aparılır.