BAKI, 23 noyabr — Sputnik. Ehtiyac meyarı kimi göstəriciyə ehtiyac qalmaya bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Nazir qeyd edib ki, qarşıda duran məqsəd ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsidir və bu istiqamətdə zəruri addımlar atılır:
"Bu rəqəmlər bərabərləşdikdən sonra ehtiyac meyarı kimi bir göstəriciyə ehtiyac olmayacaq".
Qeyd edək ki, 2022-ci ildə ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən edilir. Bu il ehtiyac meyarının həddi 170 manat olub.