AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan faciəli hadisə ilə bağlı Şimali Makedoniyaya başsağlığı verdi

XİN Bolqarıstanda Şimali Makedoniya vətəndaşlarının faciəli ölümü ilə bağlı başsağlığı verib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında edilən paylaşımda deyilir:
"Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk".
Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması ilə nəticələnən yol qəzasında 12-si uşaq olmaqla azı 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub, 7 nəfər isə Sofiyada xəstəxanaya yerləşdirilib.