BAKI, 23 noyabr — Sputnik. Antibiotiklərlə bağlı Milli Planın hazırlanması nəzərdə tutulmuşdu. İşçi qrupu da yaradılıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş dəyirmi masada deyib.
O bildirib ki, plan hazırlanıb, amma pandemiyaya görə təsdiqi gecikib:
“Azərbaycanda antibiotiklərlə bağlı vəziyyətin yaxşı olmadığını bilirdik. Amma pandemiya bir daha bunu göstərdi. Milli plana pandemiya ilə bağlı yeniliklər də əlavə olunmalıdır”.