Şənbə günü minlərlə etirazçı hökumətin "yeni lokdaun və məcburi peyvənd tətbiq etmək qərarına" qarşı Vyana küçələrinə çıxıb. Etirazlar əsasən dinc xarakter daşısa da, axşam saatlarında zabitlərlə nümayişçi qruplar arasında toqquşmalar baş verib.
Hollandiyada polis izdihamı dağıtmaq üçün su şırnaqlarından istifadə edib, daha sonra ictimai nəqliyyatı dayandırıb və insanlara evə qayıtmağı əmr edərək Rotterdam şəhərində fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.
Rotterdamın meri Əhməd Əbutalib bu toqquşmaları "zorakılıq orgiyası" adlandırıb və bildirib ki, "polis əməkdaşları özlərini qorumaq üçün silahlarını çıxarmağa məcbur olublar".