DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yerevanda kütləvi həbslər başlayıb – Gündəmdə Azərbaycanla sərhəd məsələsi var

Aksiyalarda məqsəd Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyasının qarşısını almaqdır.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda səhər saatlarından etibarən şəhərin bəzi ərazilərində müxtəlif siyasi qüvvələr və ictimai təşkilatlar tərəfindən aksiya keçirilir. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, etiraz aksiyaları zamanı 18 nəfər saxlanılıb.
Təşkilatçıların sözlərinə görə, aksiyalarda məqsəd Ermənistanın maraqlarına uyğun olmayan Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyasının qarşısını almaq, həmçinin Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sənədlərin ictimaiyyətə təqdim olunmasıdır.
Həmçinin oxuyun:
Putin və Paşinyan arasında növbəti telefon danışığı olub