BAKI, 22 noyabr — Sputnik. Milli Məclis noyabrın 18-də keçirilən iclasda Azərbaycan Vergi Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. Müşahidəçilər məcəlləyə son illərdə edilən növbəti dəyişiklikləri iqtisadiyyatda aparılan institusional islahatlar yolunda vacib addım kimi dəyərləndiriblər.
Dəyişikliklər sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi, sosial müavinətlərin verilməsi yolu ilə əhalinin vergi yükünün azaldılması, vergi uçotu, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi güzəştlərinin verilməsi və s. yönəlib.
Noyabrın 26-sı saat 11:30-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransı zamanı İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev məcəlləyə ediləcək dəyişikliklərin sahibkarlıq fəaliyyətinə və büdcə gəlirlərinə necə təsir göstərəcəyindən danışacaq.
Spikerə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi