HADİSƏ

Toyda başlayan dava evdə ölümlə yekunlaşıb

Yerli sakinlərin sözlərinə görə, tərəflər arasında şəxsi münasibətlər zəminində dava bir neçə gün əvvəl keçirilən toy mərasimi zamanı başlayıb.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Göyçay sakini özündən 9 yaş kiçik həmkəndlisini öldürüb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, hadisə axşam saatlarında Göyçayın Bəydövül kəndində baş verib.
İlkin məlumatlara görə, 47 yaşlı Qılman Mustafayev 38 yaşlı həmkəndlisi Elvin İsmayılovu sinə nahiyəsindən bıçaqlayıb. Ağır xəsarətlər alan Elvin İsmayılov xəstəxanaya aparılarkən yolda keçinib.
Yerli sakinlərin sözlərinə görə, tərəflər arasında şəxsi münasibətlər zəminində dava bir neçə gün əvvəl keçirilən toy mərasimi zamanı başlayıb.
Qətli törətməkdə şübhəli bilinən Qılman Mustafayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.