FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Talış meşələrinin gecikən qızıl payızı, yaxud dəmirağac haqda fotodastan

Payız aylarında, əsasən oktyabrdan başlayaraq ağacların yarpaqları saralmağa başlayır. Digər ağaclara nisbətən dəmirağacın yarpaqları solduqda narıncı və qırmızı rənglərə çalır. Bu əsrarəngiz payızın rənglərinə Sputnik Azərbaycan-ın fotolentində baxın.
Sputnik
1 / 15

Talış dağlarında isə noyabrdan etibarən meşələr qızılı örpəyə bürünməyə başlayır. Buna səbəb Talış meşələrinin 5-6%-ni təşkil edən dəmirağac və cənub zonasında fərqli iqlimin olmasıdır.

2 / 15

Noyabrda əksər ağaclar yarpaqlarını tökür.

3 / 15

Digər ağaclara nisbətən dəmirağacın yarpaqları solduqda narıncı və qırmızı rənglər alır və proses uzunmüddətli olur.

4 / 15

Elmi adı “Parrotia persica” olan dəmirağacın təbii yayılma arealı ölkəmizin Cənub zonası və İran İslam Respublikasının Xəzər dənizi sahili boyunca yerləşən əraziləridir.

5 / 15

Talış meşələrinin şahı olan dəmirağacın hündürlüyü 25-28 metrə çatır.

6 / 15

Bu ağaclar dəniz səviyyəsindən 500-600 metr hündürlükdə yerləşən ərazilərdə yayılıb.

7 / 15

Sırf dəmirağac meşələri çox az olur.

8 / 15

Çiçəkləmə vaxtı qırmızı və bənövşəyi rəngə boyanmış erkəkciklərin hesabına çiçəkləri dərhal nəzərə çarpır.

9 / 15

Meyvəsi oduncaqlaşmış, dairəvi, ikidivarlı qutucuq şəklindədir.

10 / 15

Məhz dəmirağac İsveçdən olan milyonçu Alfred Nobelin həyatında dönüşə səbəb olub.

11 / 15

Əvvəllər tüfəng istehsalı ilə məşğul olan Alfred Nobel Azərbaycanda, Talış meşələrində bərk oduncaqlı və dözümlü ağacın bitdiyini eşidir və bu ağacdan tüfəng qundağı hazırlamağın mümkünlüyünü öyrənir.

12 / 15

Dəmirağacı Avropaya aparmaq arzuzu ilə məmləkətimizə gələn Nobel Bakıda fontan vuran neft quyularını görür.

13 / 15

Beləcə Bakıda neft mədənlərinə sahib olur.

14 / 15

Möhkəm oduncağa malik olduğundan, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında və dekorativ sənətdə istifadə edilir.

15 / 15

Dəmirağac yeganə ağacdır ki, suda batmır.