DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Qarabağ klanı"nı təmizləyirlər - Sarqsyan da həbs oluna bilər

Köçəryanın vaxtında Prezident administrasiyasının rəhbəri olmuş Armen Gevorqyan isə 1 milyon dollara yaxın pul almaqda ittiham olunur.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan təqsirləndirilən şəxs qismində dindirilmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu onun vəkili Amram Makinyan bildirib.

"Elə indicə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin idarəsinin rəisi Muşeqyandan Ermənistanın ikinci prezidenti Serj Sarkisyanın təqsirləndirilən şəxs qismində dindirilməyə çağırılması barədə bildiriş aldım. Vəziyyətin komik tərəfi isə bundan ibarətdir ki, 3,5 il ərzində Silva Amburtsumyanın ifadələri əsasında müəyyən olunub ki, o, Serj Sarkisyana da rüşvət verib", - deyə Makinyan öz "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, Sarqsyan iki il əvvəl rüşvət işi üzrə şahid qismində dindirilib, lakin həmin gündən bəri bu hal üzrə heç bir yenilik olmayıb.
Qeyd edək ki, Silva Amburtsumyan Ermənistanın digər sabiq Prezidenti Robert Köçəryanı rüşvət almaqda ittiham edib.
Sahibkar istintaqa verdiyi ifadədə Köçəryana təxminən 3 milyon dollar məbləğində rüşvət verdiyini iddia edib.
Köçəryanın vaxtında Prezident administrasiyasının rəhbəri olmuş Armen Gevorqyan isə 1 milyon dollara yaxın pul almaqda ittiham olunur. Köçəryan sahibkarı böhtanda ittiham edib və onu məhkəməyə verib.