NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünyada neft ucuzlaşır

Qlobal neft bazarında diqqətlər strateji neft ehtiyatlarından istifadəyə dair qəbul ediləcək qərarlara yönəlib
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,41 dollar azalaraq 78,48 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 75,68 dollar olub.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 82,62 dollar olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,75 dollar və ya 3,22% azdır.
Qeyd edək ki, qlobal neft bazarında diqqətlər strateji neft ehtiyatlarından istifadəyə dair qəbul ediləcək qərarlara yönəlib. Yaponiya və ABŞ birlikdə strateji neft ehtiyatlarından satış etməyə hazırlaşır. Yaponiya və ABŞ-ın qiymət artımlarının qarşısını almaq məqsədilə bu həftə neft ehtiyatlarının istifadəyə açılmasına dair birgə açıqlama yayacaqları gözlənilir.
Analitiklər hesab edirlər ki, neftin ucuzlaşması ABŞ-ın ehtiyatlarından istifadə etməsi ehtimalı ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
Həmçinin oxuyun:
"Fitch"dən SOCAR-la bağlı müsbət proqnoz