BAKI, 22 noyabr - Sputnik. "Azərişığ"ın əməkdaşı ötən gün Laçında minaya düşüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb.
Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.
Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.