BAKI, 22 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol"un təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılıb.
Həmçinin oxuyun:
Trans yağlarının zərərləri - Müxtəlif xəstəliklər yarada bilərmiş