MƏDƏNİYYƏT

Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş rəsm sərgisi açılacaq

Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Noyabrın 24-də Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş "Azərbaycan aşıq sənəti" adlı rəsm sərgisi açılacaq.
Mərkəzdən Sputnik Azərbaycan-a bildirilib ki, sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Sərgi ilə hər kəsin tanış olmaq imkanı var.