SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ səfiri Azərbaycan və Ermənistan liderlərinin görüş xəbərinə münasibət bildirib

Səfir tərəflərin müdafiə nazirlikləri arasında birbaşa kontaktın yaradılmasını hər zaman dəstəklədiklərini vurğulayıb.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. "Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi xəbərinə çox şad oldum".
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.
"Biz ABŞ olaraq ötən il münaqişə başlayandan bəri çox çalışırdıq ki, tərəflərin birbaşa təması üçün imkan yaransın. Bu, yaxşı nəticələr verə bilər. Keçmişə nəzər salsaq, görərik ki, tərəflərin, xüsusilə də liderlərin birbaşa təması əhəmiyyətli nəticələr verib. Bu görüşün nəticələrinin necə olacağını bilmirəm, ancaq çox ümidliyəm ki, etimadın yaradılması və inkişafa doğru və münasibətlərin normallaşması üçün əlaqələrin yaradılması istiqamətində əhəmiyyətli addımdır", - səfir deyib.
O, tərəflərin müdafiə nazirlikləri arasında birbaşa kontaktın yaradılmasını hər zaman dəstəklədiklərini vurğulayıb: "Bu, insidentlərin yaranması və itkilərdən qaçmaq üçün çox vacibdir. Biz müdafiə nazirlikləri arasında birbaşa kontaktın yaradılması barədə razılığı alqışlayırıq. Təkcə kontaktın yaradılması vacib deyil, həm də onun imkanlarından istifadə önəmlidir. Biz səbirsizliklə gözləyirik ki, tərəflər bu imkandan yararlanacaqlar".
Eləcə də oxuyun:
* Litzenberqer : Azərbaycanla terrorla mübarizə sahəsində yaxşı əməkdaşlıq edirik
* ABŞ Azərbaycana daha 30 minaaxtaran it hədiyyə edəcək
* ABŞ öz vətəndaşlarına Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddinə getməyi qadağan etdi