BAKI, 21 noyabr — Sputnik. ABŞ Kardiolologiya Assosiasiyasının alimləri nə qədər duz qəbulunun ürək-damar xəstəliklərinin inkişaf riskini artırdığını müəyyən ediblər. Tədqiqatın nəticələri "Yeni İngiltərə" tibb jurnalında dərc olunub.
Həkimlər on min iştirakçının sidik analizlərini "doza-cavab" prinsipi ilə qiymətləndiriblər. Sınaqdan keçirilənlərin orta yaşı 50-dir. Təcrübədə bərabər sayda qadın və kişi iştirak edib.
Toplanmış məlumatların təhlili göstərib ki, ürək-damar xəstəliyinin 571 halı birbaşa yüksək natrium və aşağı kalium qəbulu ilə bağlıdır.
"Rasionda duzun miqdarının çox olması ürək xəstəliynin inkişaf riskini 18 faiz artırıb", - deyə təcrübə keçirən alimlərdən biri, Harvard İctimai Səhiyyə Məktəbinin elmi işçisi Yuan Ma bildirib.
Mütəxəssislər gündəlik natrium qəbulunun təhlükəsiz dozasını müəyyənləşdirmək üçün təkrar daha dəqiq ölçmələr aparmağı planlaşdırırlar.