Avtokonstruktor müsahibəsində qeyri-adi avtomobili necə yaratdığının təfərrüatlarını danışıb.
Bu ideyanın təxminən üç il əvvəl yarandığını deyib. Yevgeninin sözlərinə görə, avtomobil sıfırdan yığılıb və sözün həqiqi mənasında hissə-hissə yığılıb: ""Betmobilə KAMAZ-dan və "Mercedes"dən hissələr əlavə olunub. Avtomobilin təkərləri Moskvadan, Vladivostokdan gətirilib. Bəzi detallar isə əl işidir. Maşın sevgi ilə hazırlanıb və hər bir detala diqqət yetirilib".
Maşın hal-hazırda gəncin qarajında saxlanılır və sosial şəbəkələr üçün video çəkilişlərində istifadə olunur.