BAKI, 21 noyabr - Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində erməni əsilli biznesmen öldürülüb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, noyabrın 20-də Leninqrad vilayətində A-121 (Sortavala) magistralında maneəyə çırpılan “Mitsubishi Galant” minik avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyiti düşüb.
Avtomobilin sürücüsü və iki sərnişin qəza yerindən qaçmaq istəsə də, polis onları saxlayıb.
Avtomobilin yük yerindən düşən meyitin şəxsiyyəti müəyyənləşib və onun 50 yaşlı Yerevan sakini, biznesmen Arkadi Kazinyan olduğu müəyyənləşib.
Biznesmenin Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürüldüyü, meyitin isə basdırılmaq üçün meşəyə aparıldığı üzə çıxıb.
Qətlin səbəbi hələlik məlum deyil.
Qətlin səbəbi hələlik məlum deyil.